Martın 14-də “Buta” sarayında ölkəmizin İsveçdə keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsində təmsilçisinin seçimi üzrə final mərhələsi olacaq. Finalda milli seçimlərin 10 nəfər qalibi yarışacaq: Valeriya Hüseynzadə, Aysel Babayeva, Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova, Vlada Axundova. Qalib peşəkar münsiflər heyətinin qərarı ilə müəyyənləşəcək.