Qarabağ Muğam Mərkəzində növbəti konsert
   
   Martın 12-də Ağcabədidəki Qarabağ Muğam Mərkəzində III Beynəlxalq Muğam Festivalı çərçivəsində rayonun uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllim və şagirdlərinin ifasında “Ustaddan şagirdə” muğam konserti olub.
   Konsertdən öncə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin baş metodisti Səid Hacıyev və xanəndə Firuz Səxavət festivalın əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycan muğamının inkişafında və dünyada tanıdılmasında xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
   Konsertdə rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri “Şahnaz”, “Simayi-şəms”, “Bayatı-kürd”, “Heyratı” muğamlarını, segah, xalq mahnıları və təsniflər, “Leyli və Məcnun” operasından parça ifa ediblər. Hərarətlə qarşılanan konsert “Qarabağ şikəstəsi” ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar