Aprelin 23-dən 26-dək Bakıda İslam dünyası gəncləri klassik musiqi ifaçılarının II Beynəlxalq festival-müsabiqəsi keçiriləcək.
   
   Tədbir İSESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. Festival-müsabiqənin məqsədi gənc istedadların aşkar edilməsi, beynəlxalq təcrübə və fikir mübadiləsi, gənc istedadların musiqi sənəti sahəsində Şərq - Qərb dialoqu çərçivəsində səviyyələrinin artırılmasıdır.
   Builki festival-müsabiqəyə qatılacaq iştirakçı ölkələrin coğrafiyası genişlənməkdədir. Misir, İndoneziya, Mərakeş, Türkiyə, Küveyt, İraq, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Rusiya (Dağıstan) təmsilçilərinin nümayəndə heyətlərinin iştirak ərizələrinin toplanılmasına başlanılıb. İslam dünyası gənclərinin (20 yaşadək) klassik musiqi ifaçılarının 2-ci beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri BMA-nın professoru, pianoçu-bəstəkar, Xalq artisti Yeganə Axundovadır.
   Müsabiqə instrumental ifaçılar arasında iki yaş qrupu üzrə keçiriləcək. Kiçik yaş qrupu 15 yaşadək, böyük yaş qrupu isə 15-dən 20 yaşadəkdir. Festival-müsabiqə 2 turda keçiriləcək. Birinci turda yüksək bal toplayaraq finala çıxmış iştirakçılar qala-konsertdə baş mükafat uğrunda mübarizə aparmaq hüququ qazanacaqlar.
   Müsabiqənin əsasnaməsini və ərizə formasını “Kainat” Gənclik Mərkəzinin saytından (www.kainat.az) əldə etmək olar.
   
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar