Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Fərid Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.
   
   1991-ci il avqustun 30-da Bakıda anadan olan Fərid Məmmədov ilk musiqi təhsilini Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin fortepiano şöbəsində alıb. Uşaq yaşlarından məktəbdə keçirilən bütün tədbirlərdə həm pianoçu, həm də estrada mahnılarının ifaçısı kimi iştirak edib, respublikamızda bir çox müsabiqələrin, o cümlədən, “Şərq ulduzları” müsabiqəsinin iştirakçısı olub. Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” qrupunun 2000-ci ildən solisti olan ifaçı qrupun tərkibində müxtəlif ölkələrdə festivallarda uğurla iştirak edib. 2003-cü ildə Ukraynada keçirilən “Slavyan bazarı” müsabiqəsində qızıl medal qazanıb.
   2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Fərid Məmmədov estrada və populyar musiqi kafedrasının müəllimi, Əməkdar artist Cavan Zeynallının sinfində təhsil alır. 2012-ci ilin dekabrında Azərbaycan Gənclər və İdman Nazirliyinin Bişkekdə təşkil etdiyi tədbirdə ADMİU-nu uğurla təmsil edib. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar