Bu günlərdə Belçikanın Namur şəhərində gənc skripkaçıların V "Bravo" beynəlxalq müsabiqəsi keçirilib. Yarışma Azərbaycan təmsilçiləri üçün uğurlu olub. Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi Aytən İbrahimova müsabiqədə I yerə layiq görülərək laureat adını qazanıb. Bakı şəhəri Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri də müsabiqədən mükafatla qayıdıblar. Zərrin Əliyeva 2-ci yerə, Nadir Eyvazov isə müsabiqənin diplomantı adına layiq görülüb.
   Aytən İbrahimovanın müəllimi, professor Fatimə İdyatulinanın sözlərinə görə, bu, onun yetirməsinin ilk uğuru deyil: “Aytən 2012-ci ildə Bakıda I İslam dünyası gənclərinin klassik musiqi ifaçılarının beynəlxalq festival-müsabiqəsində I yeri qazanıb. Rusiyada V.Spivakov Fondu tərəfindən təşkil olunan “Moskva dostları qarşılayır” beynəlxalq festivalına fərdi dəvət alaraq qaliblərin “Qala konserti”ndə çıxış edib. Gənc istedadın Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxışları da böyük maraqla qarşılanıb”.
   Hər üç ifaçımızı təbrik edir, yeni uğurlar arzulayırıq.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar