Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Niyazinin mənzil-muzeyində G.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbinin 7-ci sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanovun “Bahar suları” adlı konserti təqdim edilib.
Məktəbdən bildiriblər ki, konsert görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunub. Proqramda İ.S.Bax, F.Şopen, P.Çaykovski, S.Raxmaninovun əsərləri səsləndirilib.