Estoniyanın paytaxtı Tallindəki Koxtla-Yarve Mədəniyyət Mərkəzində uşaq və yeniyetmələr üçün VIII beynəlxalq akademik vokal müsabiqəsi keçirilib. Nüfuzlu müsabiqəyə beş ölkədən - Estoniya, Latviya, Azərbaycan, Belarus və Rusiyadan yüzdən iştirakçı qatılıb.
Müsabiqənin Qran-pri mükafatını Azərbaycan vokalçısı Çinarə Əzimova qazanıb. Digər həmyerlilərimiz - Sona İskəndərli I dərəcəli mükafat və laureat titulunu qazanıb, İradə Xəlilova isə ən yaxşı pedaqoq diplomuna layiq görülüblər.