Dünya şöhrətli pianoçu Keyko Matsui Heydər Əliyev Sarayında növbəti konsertlə çıxış edib
   
   Martın 27-də Heydər Əliyev Sarayında “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə dünya şöhrətli yaponiyalı pianoçu Keyko Matsui konsert proqramı ilə çıxış etdi.
   
   Konsertdə əvvəlcə Azərbaycanın məşhur caz ifaçısı, Əməkdar artist İsfar Sarabski çıxış edərək milli və əcnəbi caz kompozisiyaları səsləndirdi. Sonra səhnəyə çıxan Keyko Matsui tanınmış bəstəkar mahnıları ilə yanaşı, özünün bəstələdiyi yeni əsərləri də tamaşaçılara təqdim etdi.
   Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanmış K.Matsui artıq 4-cü dəfədir Bakı gəlməsindən məmnun olduğunu bildirdi. O, Xəzər dənizinə vurulduğunu və Bakı tamaşaçısının istiqanlılığını sevdiyini qeyd etdi. Budəfəki konsertə də xüsusi olaraq hazırlaşdığını dedi. Okeana, dənizə aid kompozisiyalar ifa etdi. İfaçının xüsusi hazırladığı musiqi nömrəsindən biri də analara həsr olunmuş kompozisiya idi. Gitara, saksafon və s. alətlərin müşayiəti ilə səslənən caz-pop kompozisiyaları da alqışlarla qarşılandı. Proqramda həm minor, həm də major musiqilər bir-birini əvəz edərək dinləyicini yormur, yüngül, düşünməyə imkan verəcək xoş ab-hava yaradırdı.
   Konsertdən sonra qonaq sarayın foyesində tamaşaçılarla görüşərək xatirə şəkli çəkdirdi və onlara avtoqraf verdi. Konsertlərini xüsusi hadisələrə, xeyriyyə aksiyalarına, xərçəng xəstələrinin müalicəsinə həsr etdiyini vurğulayan yapon sənətçi yorulmadan qastrol səfərlərinə çıxaraq musiqisini dünyanın hər yerində tanıtmaqdadır.
   Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan K.Matsui əsasən caz-pop və fyujn üslubunda ifa edən pianoçu kimi tanınır. O, Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlayaraq, orijinal bəstəkar, özünəməxsus vokalçı kimi uğur qazanıb.   

   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar