Aprelin 1-də Ukraynada “Azərbaycan musiqisi günləri” başlanıb. Ayın 4-dək davam edəcək tədbirin təşkilatçıları Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, iki ölkənin Bəstəkarlar İttifaqı, ölkəmizin Kiyevdəki səfirliyi, Azərbaycan diaspor təşkilatlarıdır.
   Açılışda çıxış edən Ukrayna Bəstəkarlar İttifaqı (UBİ) idarə heyətinin sədri İqor Şerbakov keçən il Bakıda “Ukrayna musiqisi günləri”nin keçirildiyini xatırladıb və bu tədbirləri iki dost ölkənin mədəni həyatında böyük hadisə adlandırıb.
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Ukrayna klassik musiqisinin yüksək şöhrətə malik olduğunu vurğulayıb, gözəl təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qeyd olunub ki, musiqi günlərində Ukrayna dinləyicisi Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov kimi korifeylərin, müasir bəstəkarların əsərləri ilə, həm də Ukraynada az tanınmış Azərbaycan musiqi alətlərində - tar, saz, kamança və başqa alətlərdə musiqiçilərin ifası ilə tanış olacaq.
   Aprelin 2-də UBİ-nin konsert salonunda kamera musiqisi konserti keçirilib. Ayın 3-də Ukrayna Milli Filarmoniyasında simfonik konsert, aprelin 4-də UBİ-nin binasında yekun konsert olacaq. Tədbir çərçivəsində “Ukrayna-Azərbaycan musiqi əlaqələri” mövzusunda dəyirmi masa keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar