Aprelin 23-dən 26-dək Bakıda İSESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyasının gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının ikinci Beynəlxalq festival-müsabiqəsi keçiriləcək. Festival-müsabiqədə Azərbaycan da daxil olmaqla 9 ölkədən (Misir, Türkiyə, Rusiya (Dağıstan), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Küveyt, Mərakeş) 100-ə yaxın gənc istedad iştirak edəcək.
   Hazırda iştirakçı ölkələrdə festivala qatılacaq istedadlı gənclərin seçimi aparılır.
   Bu məqsədlə aprelin 9-10-da Bakı Musiqi Akademiyasının böyük konsert zalında Azərbaycandan olan ifaçılar arasında seçim turları keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar