Aprelin 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Niyazinin ev-muzeyində ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə gənc vokalçı, Beynəlxalq müsabiqələr laureatı Ramil Qasımovun konserti keçirildi.
   
   Tədbiri muzeyin direktor müavini Təranə Qurbanova açaraq vokalçı haqqında qısa məlumat verdi. Bildirdi ki, Ramil Qasımov 1995-1997-ci illərdə Dövlət Uşaq Filarmoniyasının vokal şöbəsində Xalq artisti, professor Mobil Əhmədovun sinfində oxuyub. 1995-2001-ci illərdə paralel olaraq Niyazi adına 22 saylı musiqi məktəbinin xor-dirijor sinfində tənsil alıb. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist kimi çalışır. 2004-cü ildən Azərbaycan Dövlət Televiziyasının aparıcı solistidir. Azərbaycan Dövlət Televiziyasının fondunda onun ifasında 100-dən çox musiqi əsəri (mahnı, ariya, romans, ballada və s.) saxlanılır.
   Sonra söz Ramil Qasımova verildi. Tədbir iştirakçılarını salamlayan gənc vokalçı fortepianoçu Tural Qasımovun müşayiəti ilə “Ay sallanıb gedən yar”, “Ahu kimi” , “Üç telli durna” xalq mahnılarını, bəstəkar Rəşid Şəfəqin “Ana” operasından Canpoladın ariyasını ifa etdi. Bütün ifaları tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılandı.
   
   Savalan Fərəcov 






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar