Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalında müxtəlif ölkələrdən məşhur solistlər və ansambllar iştirak edəcək
   
   Aprelin 14-də paytaxtımızda növbəti möhtəşəm sənət bayramı başlanacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı tanınmış ifaçı və kollektivləri bir araya gətirəcək.
   Aprelin 19-dək davam edəcək festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında, Gənc Tamaşaçılar, Dövlət Mahnı teatrlarında, Beynəlxalq Muğam Mərkəzində konsert proqramları təşkil olunacaq. Konsertlərdə Rusiya, Ukrayna, Fransa, Hollandiya, Almaniya və İspaniyanın məşhur solistləri və ansamblları çıxış edəcək.
   Festival çərçivəsində Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən müasir musiqi problemlərinə həsr olunmuş elmi simpozium keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar