Mayın 29-dan iyunun 2-dək Estoniyanın paytaxtı Tallində “Orient” Şərq musiqisi festivalı keçiriləcək. Tədbirdə yeddi ölkənin təmsilçiləri iştirak edəcəklər. Tədbirin keçirilməsinin məqsədi Asiya xalqlarının zəngin mədəniyyətini nümayiş etdirməkdir. Festivalda tamaşalar, rəqslər, mərasimlər nümayiş olunacaq, qədim musiqi alətlərinin ifaları dinləniləcək.
   Şərq musiqisi festivalına Azərbaycandan da ifaçılar qatılacaqlar. Mayın 31-də Cabbar Qaryağdı adına muğam üçlüyü tamaşaçılara Azərbaycan muğam sənətini təqdim edəcək. Mədəniyyət tədbirinin bağlanış günündə virtuoz tar ifaçısı Faiq Çələbinin çıxışı gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar