Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində aprelin 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Fransanın “Ensemble Accroche Note” ansamblının “Time, real and imaginary” (“Gerçək və xəyali zaman”) adlı kamera konserti olub. Ansamblın bədii rəhbəri Armand Angster, solisti isə Françoise Kublerdir. Kollektivə Anne-Cecile Cuniot (fleyta), Matthias Tranchant (violin), Elodie Adler (arfa) və Emmanuel Sejourne (zərb alətləri) daxildir.
   Proqramda Mişel Jarelin soprano, fleyta, klarnet, zərb alətləri, arfa, violin, violonçel üçün “Eco IIb”, Filipp Manurinin “Solo de vibraphone”, Jorj Apergisin soprano və kontrabas klarnet üçün “Trois Couplets”, Lüka Françeskoninin soprano, fleyta, klarnet, vibraphone və violonçel üçün “Time, real and imaginary”, Brayan Fernixounun bas klarnet solo üçün “Time and Motion Study” və Elmir Mirzəyevin kontrabas klarnet və 4 ifaçı üçün “Le complexe de Cain” əsərləri səsləndirilib. Konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
   * * *
   Aprelin 16-da festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında Hollandiyanın “Asko Schönberg” ansamblı “Avropa bu gün” adlı kamera konserti ilə çıxış edib. Dirijor - Reynbert de Leeuv. Proqramda Salvatore Şyarrino (Sciarrino), İsang Yun, Lui Andrissen və Con Adamsın əsərləri səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar