Xəbər verdiyimiz kimi, aprelin 14-dən 19-dək Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı keçirilib. Festivalın Azərbaycan Dövlət Filarmoniyasında keçirilən bağlanış mərasimində “Üç dolanbac” adlı konsert proqramı təqdim edilib.
   
   Konsertin birinci hissəsində Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
   Solisti avstriyalı pianoçu Kaori Nişi olan orkestrin ifasında Györgi Ligetinin “Lontano” və Arnold Şönberqin “Piano konserti” əsərləri səsləndirilib.
   İkinci hissədə R.Abdullayevin dirijorluğu ilə Dövlət Simfonik Orkestri və Filipp Çijevskinin bədii rəhbərliyi ilə Rusiyanın “Questa musica” kamera xoru Luçiano Berionun 8 səs və orkestr üçün “Simfoniya” əsərini ifa edib.
   Ümumiyyətlə, altı gün davam edən festivalın rəngarəng proqramı dinləyicilərə yüksək incəsənətlə yaxından ünsiyyət imkanı yaradıb. Festivalda Azərbaycan, Almaniya, Avstriya, Fransa, Hollandiya və Rusiyanın müasir musiqini mükəmməl ifa edən solist və kollektivləri iştirak edib.
   Festival çərçivəsində müasir musiqinin problemlərinə həsr olunmuş elmi simpozium, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Mahnı Teatrında, Dövlət Filarmoniyasında və filarmoniyanın kamera və orqan musiqisi zalında, Dövlət Gənc Tamaşaçılar Teatrında xarici və yerli musiqiçilərin, musiqi kollektivlərinin ifasında konsertlər təşkil edilib. Konsertlərin proqramında XX əsr musiqi təfəkkürünün inkişafında yeni yollar açmış Avropanın tanınmış bəstəkarlarının, o cümlədən dahi bəstəkar Qara Qarayevin və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar