Xəbər verdiyimiz kimi, aprelin 18-19-da Ukraynanın Nikolayev şəhərində “Penta TON” beynəlxalq musiqi müsabiqəsi keçirilib. Ukrayna Milli Bəstəkarlar İttifaqının vilayət bölməsi, Nikolayev Vilayət Administrasiyasının Mədəniyyət İdarəsi və digər qurumlar tərəfindən təşkil edilən müsabiqədə ölkəmizi Bülbül adına orta ixtisas musiqi məktəbinin 9-cu sinif şagirdi Əli Məmmədov təmsil edirdi.
   Gənc bəstəkar Taras Şevçenkonun sözlərinə bəstələdiyi “Romans”ı, habelə “Prelüdiya” və dörd hissədən ibarət “Ukraynanın qırmızı piteri” adlı proqram süitasını münsiflər heyətinin və dinləyicilərin mühakiməsinə təqdim edib. Onun həmin əsərləri fortepianoda böyük məharətlə ifa etməsi və fitri istedadı layiqincə qiymətləndirilib. Əli Məmmədov müsabiqədə ikinci yeri tutub və bəstəkarlıq sənəti nominasiyasında laureat adını qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar