Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Əməkdar artist Gülnaz İsmayılova T.Q.Şevçenko adına Ukrayna Akademik Milli Opera və Balet Teatrında səhnəyə qoyulan “Traviata” tamaşasında uğurla çıxış edib. Azərbaycanlı solist Cüzeppe Verdinin bu məşhur operasında Violetta obrazını məharətlə ifa edərək böyük rəğbət qazanıb.
   Ukrayna Akademik Milli Opera və Balet Teatrının baş direktoru P.Çuprina bununla bağlı ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətliyə təşəkkür məktubu göndərib. Məktubda deyilir ki, 17 mart 2013-cü il tarixdə baş tutan tamaşada Gülnaz İsmayılovanın Violetta obrazında təmiz, büllur və geniş diapozonlu səsi, yüksək vokal mədəniyyəti, seçilən yaradıcılıq üslubu və təkrarolunmaz üslubu və interpretasiyası Ukrayna tamaşaçısını heyrətə salmağı bacarıb: “Bu layihə Ukrayna musiqi həvəskarları və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
   Tamaşanın müvəffəqiyyəti deməyə əsas verir ki, Ukrayna Milli Operası və Azərbaycan tərəfi arasında belə birgə layihələr davam etdirilsin. İki ölkənin ifaçılarının və musiqi kollektivlərinin qarşılıqlı səfərləri həyata keçirilsin və qarşılıqlı mədəni əlaqələr bundan sonra daha da sıx şəkildə davam etsin”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar