Almaniyanın Ausburq şəhərində Leopold Motsart adına VIII beynəlxalq musiqi müsabiqəsi keçirilir. 
   Aprelin 28-də başa çatacaq müsabiqədə iştirakçılar fortepiano, violin, violonçel və bəstəkarlıq kateqoriyalarında yarışırlar. 2009-cu ildə bu müsabiqənin iştirakçıları bəstəkar Firəngiz Əlizadənin məxsusi olaraq bu musiqi yarışması üçün bəstələdiyi «Dastan» əsərini ifa etməklə imtahana çəkilmişdilər. Bu dəfə isə bəstəkar Zubin Meta, Kşiştof Penderetski, Qidon Kremer, Kristian Tilemann, Benjamin Şmid və Maksim Venqerov kimi dünya musiqisinin ən görkəmli nümayəndələri ilə birlikdə müsabiqənin bədii məşvərətçi şurasında təmsil olunub.
   Tədbirdə müsabiqənin bədii rəhbəri, professor Yulius Bergerin UNESCO-nun birgə dəstəyi ilə hazırladığı “Sülh nəğmələri” («Pease pieses») albomu təqdim edilib. Sevindirici haldır ki, yaradıcı gənclər üçün nəzərdə tutulan alboma S.Prokofyev, B.Britten, C.Adams kimi klassiklərlə yanaşı F.Əlizadənin «Metomorfozalar» əsəri də salınıb. Albomda bəstəkar «Azərbaycanda doğulub, amma müxtəlif mədəniyyətlərin arasında körpü yaradan möhtəşəm musiqinin müəllifi» kimi xarakterizə edilir. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar