Aprelin 25-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında İslam dünyası gənc klassik musiqi ifaçılarının ikinci Beynəlxalq festival-müsabiqəsinin açılışı olub. Festival-müsabiqə İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) iştirakı və “Kainat” Gənclik Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
   Tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə ikinci dəfə təşkil edilən festival-müsabiqə haqqında ətraflı məlumat verib və onun artıq ənənəyə çevrildiyini söyləyib.
   Yarışmada Azərbaycan, Türkiyə, Dağıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Misir, Küveyt və Mərakeşdən 40-dan çox gənc istedad iştirak edir. Qeyd olunub ki, müsabiqə iki yaş qrupu üzrə instrumental musiqi ifaçıları arasında keçirilir. Kiçik yaş qrupu 15 yaşadək, böyük yaş qrupu isə 15-dən 20 yaşadəkdir.
   Açılış mərasimindən sonra püşkatma olub və böyük yaş qrupu üzrə ifaçıların seçimi aparılıb.
   Münsiflər heyətinin sədri Bakı Musiqi Akademiyasının professoru Nərminə Quliyevadır. Həmçinin münsiflər heyətinin tərkibinə Azərbaycan da daxil olmaqla hər bir ölkədən bir nəfər üzv daxildir. Seçimlər 10 ballıq sistemlə reallaşacaq.
   Aprelin 26-da isə kiçik yaş qrupu üzrə seçim aparılacaq və hər iki yaş qrupu üzrə müsabiqədən keçəcək qaliblər qala-konsertdə iştirak etməyə vəsiqə qazanacaqlar.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar