Aprelin 30-da Azərbaycan Bəstəkarlar İttifaqı və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edildi. 

   Tədbiri Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbinin direktoru Raqif Məhərrəmov açaraq konsert üçün yaradılan şəraitə görə Bəstəkarlar İttifaqının rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd olundu ki, şuşalı gənc musiqiçilər artıq üçüncü dəfədir ki, bu məkanda çıxış edir.
   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 90 illik yubileyinin təkcə ölkəmizdə deyil, türkdilli dövlətlərdə də silsilə tədbirlərlə qeyd edildiyini bildirdi. O, tədbirin əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu konsertdə nisgil, həsrət ünvanımız olan Şuşanın balaca istedadları çıxış edəcəklər: “Qarabağ, Şuşa musiqimizin beşiyi olmuşdur. Məhz Qarabağ torpağından dahi bəstəkarlarımız, musiqi xadimlərimiz yetişmişdir. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi korifeylərimiz Qarabağ məktəbindən dərs almışlar”.
   Konsertdə Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifasında Qara Qarayevin “İldırımlı yollarla” baletindən fraqment, Fikrət Əmirovun “Odlar ölkəsi”, Tofiq Quliyevin “Qaytağı”, Friderik Şopenin “Mirage de amor”, Süleyman Ələsgərovun “Xəyala dalarkən”, Rəşid Şəfəqin “Bu gözəl ana torpaq” və digər musiqi nömrələri səsləndi.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar