Azərbaycanın gənc vokalçısı, Prezident təqaüdçüsü Yasin Həsənov İtaliyada keçirilmiş San-Remo müsabiqəsində uğurla çıxış edib. İfaçı bu barədə aprelin 30-da keçirdiyi mətbuat konfransında məlumat verib.
   İtaliya, Fransa, Rusiya, Malta, Ukrayna və başqa ölkələrdən 300 uşağın iştirak etdiyi bu festivalda Azərbaycanı ilk dəfə olaraq Tofiq Quliyev adına 11 illik musiqi məktəbinin şagirdi, 13 yaşlı Yasin Həsənov təmsil edib. Müsabiqədə “Qranada” adlı ispan mahnısını ifa edən müğənni “Qran-pri” mükafatına layiq görülüb.
   Müğənninin anası Rəna Həsənova və vokal müəllimi Solmaz Yolçuqızı gənc vokalçının festivalda iştirakına göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildiriblər.
   Əfsanəvi musiqiçi Müslüm Maqomayevin davamçısı olmağı qarşısına məqsəd qoyan Yasin Həsənov beynəlxalq müsabiqələrdə ölkəmizi bundan sonra da şərəflə təmsil edəcəyini bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar