Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə mayın 3-dən 5-dək tələbələrin “Univiziya” II mahnı müsabiqəsi keçiriləcək.
   “Birinci ol!” şüarı ilə keçirilən “Univiziya” müsabiqəsi ilk dəfə 2012-ci ildə reallaşdırılıb və qalib adını Bakı Musiqi Akademiyasının tələbəsi Kənan Qədimov qazanıb. Builki müsabiqədə musiqi ixtisaslı təhsil müəssisələrinin iştirakı nəzərdə tutulmayıb. Yarışmanın mayın 3-də Heydər Əliyev Sarayında keçiriləcək yarımfinal mərhələsində 19 ali və orta ixtisas təhsili müəssisəsi iştirak edəcək. Finala 12 iştirakçı vəsiqə qazanacaq. Final mərhələsi mayın 5-də Heydər Əliyev Sarayında gerçəkləşəcək. Yarışmanın qalibi mayın 30-31-də Bakıda keçiriləcək “Univiziya” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar