Mayın 3-dən 5-dək Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə tələbələrin “Univiziya” II mahnı müsabiqəsi keçirilib. Müsabiqənin Heydər Əliyev Sarayında keçirilən final mərhələsində 12 iştirakçı çıxış edib. İştirakçıları Əməkdar artist Tünzalə Ağayevanın sədrliyi ilə münsiflər heyəti seçib.
   Səsvermənin nəticələrinə əsasən, Qafqaz Universitetinin tələbəsi Zərrin Mahmudzadə tələbələrin “Univiziya” II mahnı müsabiqəsinin qalibi olub. Birinci yerin sahibi mikrofon formasında “Univision” kuboku və 3000 manat pul mükafatı qazanıb. İkinci yerə layiq görülən Bakı Slavyan Universitetinin tələbəsi Ozal Rəhimova 2000, üçüncü yerin sahibi - Azərbaycan Dövlət Neft Akademiyasının “Old Academic Group” qrupuna 1000 manat pul mükafatı təqdim olunub. Qaliblərə mükafatları gənclər və idman naziri Azad Rəhimov təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar