Mayın 14-də İsveçin Malmö şəhərində Avropanın ən nüfuzlu musiqi yarışması - “Eurovision-2013” mahnı müsabiqəsi başlayıb. “Malmö Arena”nın səhnəsində müsabiqənin birinci yarımfinalı keçirilib. Bu mərhələdə 16 ölkənin təmsilçisi çıxış edib. İlk 10 yeri tutan ifaçılar finala vəsiqə qazanıblar.
   Azərbaycan təmsilçisi Fərid Məmmədov mayın 16-da ikinci yarımfinalda səhnəyə çıxacaq. Həmin gün 17 ölkənin “Eurovision” nümayəndəsi çıxış edəcək və onluğa düşənlər finala çıxacaq.
   “Eurovision-2013”-də 39 ölkə təmsil olunur. Bir neçə ölkə, o cümlədən Türkiyə bu il müsabiqəyə qatılmayıb. Almaniya, Fransa, Britaniya, İtaliya, İspaniya və ev sahibi İsveç birbaşa finalda çıxış edəcək. 26 ölkənin yer alacağı final mayın 18-də keçiriləcək.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar