Gənc istedadlı vokalçı, Azərbaycan Dövlət Filarmoniyasının Xor Kapellasının, Dövlət Akademik Opera və Balet Teatrının və "Üns" yaradıcılıq səhnəsinin solisti İlham Nəzərov mayın 6-da İtaliyanın Pezaro şəhərində keçirilmiş "Çitta di Pesaro" X Beynəlxaq musiqi müsabiqəsində uğurla iştirak edib.
   İtaliya, İspaniya, Rusiya, Ukrayna, Yaponiya, Koreya, Türkiyə, Çin və digər ölkələrdən iştirakçıların qatıldığı müsabiqədə həmyerlimiz 100 ballıq qiymətləndirmə sisteminə əsasən maksimal 100 bal toplayaraq I mükafata layiq görülüb.
   Qeyd edək ki, İlham Nəzərov ölkə Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Osimo D"Arte Lirica Akademiyasında təhsil alır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar