Mayın 16-dan 17-nə keçən gecə İsveçin Malmö şəhərində “Eurovision-2013” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. “Malmö Arena”nın səhnəsində 17 ölkənin nümayəndəsi, o cümlədən Azərbaycanın “Eurovision” təmsilçisi Fərid Məmmədov çıxış edib. Səsvermə nəticəsində onluqda yer alan ifaçılar finalda çıxış edəcəklər.
Xatırladaq ki, bu il “Eurovision” müsabiqəsində 39 ölkə təmsil olunur. Mayın 14-də keçirilən birinci yarımfinalda 16 iştirakçı arasından Moldova, Litva, İrlandiya, Estoniya, Belarus, Danimarka, Rusiya, Belçika, Ukrayna və Niderland təmsilçiləri finala vəsiqə qazanıb.
Yarımfinallarda uğur qazanan 20 təmsilçi, həlledici mərhələyə birbaşa qatılan Almaniya, Fransa, Britaniya, İtaliya, İspaniya və ev sahibi İsveç nümayəndəsi mayın 18-də müsabiqənin finalında çıxış edəcək.