İsveçin Malmö şəhərinin ev sahibliyi etdiyi “Eurovision-2013” mahnı müsabiqəsi tarixə qovuşdu.
   Mayın 18-də “Malmö Arena”da keçirilən 58-ci “Eurovision” mahnı müsabiqəsinin finalında 19 yaşlı Danimarka təmsilçisi Emmelie de Forest birinci oldu. Final mərhələsində 281 səs qazanan Emmelie de Forest “Eurovision” yarışması tarixində Danimarkaya sayca 3-cü qələbəni qazandırıb.
   Azərbaycan təmsilçisi Fərid Məmmədov da finalda gözəl çıxış edərək 234 səslə ikinci yeri tutub. Ukraynalı Zlata Oqneviç 214 səslə üçüncü olub.
   Azərbaycan təmsilçisi Fərid Məmmədovun yunan Dimitrios Kontopulosun bəstələdiyi "Hold me" mahnısını məharətlə ifa etməsi Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro və Gürcüstanda ən yüksək - 12 balla qiymətləndirilib. Ukrayna, Rumıniya, Belarus təmsilçimizə 10 xal, Moldova, Fransa, Kipr 8 bal verib. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar