Mayın 27-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda 28 May - Respublika Gününə həsr olunmuş “Bəstəkar-müəlliflər royal arxasında” adlı kamera konserti keçiriləcək. Proqramda Musa Mirzəyev, Ruhəngiz Qasımova, Azər Dadaşov, İlham Abdullayev, Aygün Səmədzadə, Nailə Mirməmmədli, Yalçın Məlikov və Nərminə Nağıyevanın əsərləri səslənəcək.