Sumqayıt şəhərindəki Səid Rüstəmov adına uşaq incəsənət məktəbində birinci siniflər üçün not bayramı keçirilib. Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, bayramda maraqlı konsert proqramı təqdim olunub. Məktəbin kiçik xoru və ayrı-ayrı instrumental ifaçılar O.Zülfüqarovun, T.Quliyevin, Rimski-Korsakovun, F.Əmirovun, Ə.Abbasovun və digər görkəmli bəstəkarların əsərlərini təqdim ediblər.
   Tədbirin ikinci hissəsində məktəbin müəllimləri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səslənib. Sonda bayram konsertində fəallıq göstərən şagirdlərə hədiyyələr təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar