Mayın 27-də Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş “Zirvələrə doğru” müsabiqəsinin yekun konsert proqramı keçirilib. Muğam, xalq və estrada mahnıları, aşıq, bədii qiraət və müxtəlif musiqi alətlərində ifaçılıq bacarığı olan qalib iştirakçılar yekun konsertdə maraqlı ifaları ilə yadda qalıblar. Müsabiqənin qalibləri diplom və hədiyyələrlə təltif olunublar.
   Qeyd edək ki, “Zirvələrə doğru” konsert-müsabiqəsinə fevral ayının 1-dən start verilmişdi. İlk seçim turundan sonra çoxsaylı müraciətlər nəzərə alınaraq, mart ayında ikinci seçim turu keçirilib. İki seçim turunun nəticəsinə görə, Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilən daha istedadlı iştirakçıların böyük konsert proqramının keçirilməsinə qərar verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar