Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə mayın 11-dən 23-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında fortepiano ansamblı və müşayiət üzrə respublika müsabiqəsi keçirilib.
   Bakı, Sumqayıt, Şirvan, Şəmkir, Mingəçevir, Şəki şəhərlərində keçirilmiş müsabiqədə hər iki nominasiya üzrə 800-dən artıq şagird iştirak edib. Onlar 2, 4, 6 nəfərdən ibarət heyətlə fortepiano ansamblında çıxış edib, müşayiət üzrə müxtəlif alətlərdə (tar, kamança, qaboy, skripka, balaban, saksafon və s.) ifa edən şagirdləri müşayiət ediblər. İştirakçıların çıxışlarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nərminə Quliyeva, Akademiyanın dosenti Tofiq Bədirxanov, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Esmira Manafovadan ibarət münsiflər heyəti qiymətləndirib.
   Münsiflərin qərarına əsasən yüksək ifa məharəti nümayiş etdirən şagirdlər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin I, II, III dərəcəli diplomları, həvəsləndirici diplom, fəxri fərman və tərifnamələrlə təltif olunublar. Müsabiqə laureatlarının müəllimləri də fəxri fərmanlara layiq görülüblər. Mayın 27-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında müsabiqənin yekun konserti keçirilib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar