Mayın 24-dən iyunun 1-dək Mərakeşin paytaxtı Rabatda XII Beynəlxalq “Mavazin” musiqi festivalı keçirilib. Azərbaycanın Mərakeşdəki səfirliyindən bildiriblər ki, Fransa, İspaniya, ABŞ, İtaliya, Türkiyə, İran, Yaponiya, Braziliya, Livan, Misir, Əlcəzair də daxil olmaqla, 30-a yaxın ölkənin qatıldığı festivalda ölkəmizi Xalq artisti Zabit Nəbizadə, Əli Əsgər Məmmədov (tar) və Xəyyam Məmmədovdan (kamança) ibarət muğam triosu təmsil edib.
   Azərbaycan muğam və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb. Müxtəlif ölkələrdən olan muğam həvəskarlarına ölkəmizin zəngin mədəniyyəti, xalq yaradıcılığının məhsulu olan muğam musiqi janrı barədə ətraflı məlumat verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar