İyunun 1-də böyük musiqiçi, maestro Niyazinin mənzil-muzeyində ümummilli lider Heydər Əliyevin 90 illiyinə və 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin nəzdində orta ixtisas musiqi məktəbinin müəlliməsi Elmira Kərimovanın şagirdləri öz ifalarını nümayiş etdirdilər.
   Konsertdən öncə Beynəlxalq Uşaqları Müdafiə Gününün tarixi haqqında məlumat verildi. Bildirildi ki, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunan bu əlamətdar gün dünyanın bir çox ölkələrində də qeyd edilir. Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixində misilsiz xidmətlərindən, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına verdiyi əvəzsiz töhfələrdən də söz açıldı.
   Sonra söz yeniyetmə musiqiçilərə verildi. Konsertdə Elmira Kərimovanın şagirdləri Niyazinin bəstələdiyi musiqilərdən, eləcə də maestronun dirijorluq etdiyi, həmçinin bir sıra Azərbaycan və xarici ölkə bəstəkarlarının yaradıcılığından nümunələr təqdim etdilər. 9-14 yaş arası uşaqların pianoda məharətli ifası təqdirəlayiq idi. Konsert proqramı alqışlarla qarşılandı.
   Tədbirin sonunda muzeyin foyesində orta ixtisas məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi də nümayiş olundu.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar