Meksikanın simfonik orkestri azərbaycanlı sənətkarın rəhbərliyi altında çıxış edib
   
   Azərbaycanın Xalq artisti, məşhur dirijor, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında Meksikanın simfonik orkestri (Orquesta Sinfonica del Estado de Mexico) möhtəşəm konsert proqramı ilə çıxış edib.
   Ölkəmizin Meksikadakı səfirliyindən bildiriblər ki, konsertdə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixot” simfonik lövhələri, rus klassiklərindən Pyotr Çaykovskinin “Rokoko” variasiyaları və Sergey Raxmaninovun “Simfonik rəqsləri” ifa olunub.
   Məşhur italyan violonçel ifaçısı Roberto Trainini konsertin solisti kimi çıxış edib.
   Orkestrin baş konsertmeysteri Feliks Parra deyib: “Maestro Yalçın Adıgözəlovla çalışmaq bizə böyük şərəf verdi. Yüksək peşəkarlığa və hərtərəfli biliyə malikdir. O, həqiqətən, böyük dirijordur”. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar