İyunun 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Azərbaycanda Fransız İnstitutunun təşkilatçılığı ilə İçərişəhərdə musiqi bayramı keçiriləcək. Tədbirdə çoxsaylı həvəskar musiqi qrupları çıxış etmək imkanı əldə edəcək. Tamaşaçılara müxtəlif musiqi janrları, o cümlədən alternativ rok, folk, rep, flamenko və s. təqdim olunacaq. Artıq otuz ildir bütün fransızlar hər il 21 iyunu musiqi görüşləri ilə qeyd edir. Musiqi bayramı dünyanın 100-dən çox ölkəsində keçirilir.