İyunun 15-də Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş konsert proqramı təqdim olunub.
   
   Konsertdən əvvəl iştirakçılar - dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm, mədəniyyət və incəsənət xadimləri Heydər Əliyev Mərkəzindəki “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir. İştirakçılar “Mini Azərbaycan” sərgisini də maraqla izləyiblər. Layihə Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
   Heydər Əliyev Muzeyi də tədbirin iştirakçılarında böyük maraq doğurub. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma və məzmun orijinallığı ilə seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır.
   Sonra Milli Qurtuluş Gününə həsr edilmiş konsert nümayiş olunub. Proqramda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının ifasında Azərbaycan bəstəkarlarından Tofiq Quliyevin, Rauf Hacıyevin, Səid Rüstəmovun, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Sevil Əliyevanın və başqalarının əsərləri səslənib. İncəsənət ustalarının ruh coşqunluğu ilə ifa etdikləri mahnılar alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar