Xalq artisti Hacı Xanməmmədovun xatirəsi konsert proqramı ilə yad olunacaq
   
   İyunun 24-də Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, professor, “Şöhrət” ordenli Hacı Xanməmmədovun (1918-2005) xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
   
   Gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Hacı Xanməmmədovun əsərləri ilə yanaşı, yerli və xarici bəstəkarların musiqiləri səslənəcək. Konserti Xalq artisti Ağaverdi Paşayev idarə edəcək.
   Gözəl mahnılar müəllifi kimi tanınmış Hacı Xanməmmədovun musiqiləri həmişə müəllifinə şöhrət gətirib. Onun 150-dən çox mahnısı tanınmış müğənnilərimizin repertuarında yer tutur. Bu mahnıların mətnini Aşıq Ələsgər, Mikayıl Müşfiq kimi görkəmli sənətkarlarımızın şeirləri təşkil edir. Bəstəkarın lirik mahnıları xalq arasında xüsusilə geniş yayılıb. Bu baxımdan “Yaşa, könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və s. gözəl örnəklərdir.
   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Hacı Xanməmmədov görkəmli bəstəkar, dirijor olduğu kimi, eyni zamanda, təcrübəli pedaqoq idi. Onun professional musiqi kadrlarının tərbiyəsində mühüm xidməti olub. Görkəmli bəstəkar 2005-ci il aprelin 7-də dünyasını dəyişib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar