Dünya şöhrətli italyan bəstəkarı və dirijoru Ennio Morrikone Azərbaycanda konsert proqramı ilə çıxış edəcək. Onun Bakıya payızda gələcəyi və yubileyini də paytaxtımızda qeyd edəcəyi planlaşdırılır. Noyabrın 10-da məşhur musiqiçinin 85 yaşı tamam olacaq.
   Ennio Morrikone kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə şöhrət qazanıb. O, “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeninin zabiti, 2007-ci ilin “Oskar” mükafatçısı və film üçün yazılmış ən yaxşı musiqiyə görə “David di Donatello” İtaliya milli kino mükafatının səkkizqat laureatıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar