Bu il beşinci dəfə keçiriləcək festivala Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba və Qazaxıstandan ifaçılar qatılacaq
   
   Son illər Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən çoxsaylı layihələr mədəniyyətimizin inkişafı və təbliğini yeni səviyyəyə qaldırıb.
   
   UNESCO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunan beynəlxalq festivallar böyük maraqla qarşılanaraq, dünyada geniş əks-səda doğurub. 2009-cu ildən Qəbələ şəhərində ənənəvi olaraq keçirilən musiqi festivalı da Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihələri sırasında xüsusi yer tutur.
   Bu günlərdə V Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. 24 iyul - 6 avqust tarixlərində keçiriləcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
   Musiqi bayramına Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba və Qazaxıstandan dünya şöhrətli dirijor, ifaçı və kollektivlər qatılacaq.
   Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Karmelo Korrado Karuzo, İdil Biret, Nina Koqan, Jean Bernard Pommier, Jan Lothem Konig, Ayman Musaxacayeva, Aleksandr Solovyov, Sergey Leyferkus, Muza Rubayskite, Hee Youn Choue, Mixail Qutman və başqaları musiqisevərlərə unudulmaz anlar bəxş edəcəklər.
   Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə Əsədova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.
   Mədəniyyət və Turizm Nazirliyi V Qəbələ Beynəlxalq Musiqi Festivalına təşkilati dəstək verir.
   
   “Euronews” kanalında musiqi bayramının anonsları
   
   İyulun 24-dən avqustun 6-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək V Qəbələ Beynəlxalq Musiqi Festivalının anonsları artıq Avropanın nüfuzlu “Euronews” telekanalında yayımlanmaqdadır. Süjetdə beynəlxalq tədbirin Odlar Yurdunun mədəni irsinin, incəsənətinin, turizminin tanıdılması baxımından gözəl layihə olduğu bildirilir, Azərbaycanın dünya musiqi mədəniyyəti mərkəzinə çevrildiyi qeyd edilir. Anonsda avropalı musiqisevərlər füsunkar təbiəti olan Qəbələdə dünya musiqisinin incilərini dinləməyə dəvət olunurlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar