Xəbər verdiyimiz kimi, iyulun 11-12-də Azərbaycan Bəstəkarlar İttifaqında gənc bəstəkarların plenumu keçirilib. Plenum çərçivəsində iki konsert və dəyirmi masa keçirilib. Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə qeyd edib ki, konsert proqramlarında müxtəlif üslubda yazılmış əsərlər səsləndirilib: “İfa olunan əsərləri diqqətlə dinlədik. Orta və parlaq səviyyəli əsərlər oldu. Musiqilər haqqında rəylər müxtəlif ola bilər. Mən sevinclə deyə bilərəm ki, plenumda zəif əsərlər eşitmədik”.
   Digər çıxış edənlər də qeyd ediblər ki, ildən-ilə plenumun keyfiyyəti və səviyyəsi artır, hər dəfə yeni adlar və ifaçılar meydana gəlir.
   Nəzərə çatdırılıb ki, gənc bəstəkarlar plenuma yeni üsullara müraciət etməklə milliliyə əsaslanan kamera əsərləri təqdim ediblər. Sonra təqdim edilmiş əsərlər və ifalar ətrafında müzakirələr aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar