Kanadanın Niagara-on-the-Lake şəhərində Beynəlxalq Niaqara Musiqi Festivalı çərçivəsində ölkəmizin Kanadadakı səfirliyinin dəstəyi ilə Azərbaycan musiqisi və rəqsindən ibarət konsert təşkil edilib.
   Səfirlikdən bildiriblər ki, konsertdə çıxış edən festivalın icraçı direktoru Kristofer Bleyk Niaqara bölgəsində ölkəmizin mədəniyyətinin nümayişinin artıq ənənəyə çevrildiyini vurğulayıb. O, həmçinin Azərbaycan icması ilə sıx əlaqələrdən məmnunluğunu bildirib.
   Mərasimdə çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev mədəniyyətin iki ölkə və xalq arasında əlaqələrin genişlənməsində xüsusi rol oynadığını söyləyib. Səfir Azərbaycan musiqisi və rəqsləri barədə iştirakçılara qısa məlumat verib.
   Konsertdə Toronto şəhərində fəaliyyət göstərən “Araz” rəqs qrupu maraqlı proqramla çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar