Xəbər verdiyimiz kimi, iyulun 5-dən 7-dək Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi Xoroq şəhərində “Dünyanın damı” adlı V beynəlxalq musiqi, incəsənət və turizm festivalı keçirilib. Festivalda ölkəmizi Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu təmsil edib. Mənsum İbrahimov və 2011-ci ildə Bakıda keçirilən beynəlxalq muğam festivalının qalibi Aytən Məhərrəmovanın çıxışı hərarətlə qarşılanıb. Onları əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Sultan Əliyev (nağara) müşayiət edib.
   Festivaldan sonra “Qarabağ” muğam qrupu Dağlıq Bədəxşan Muxtar Vilayətinin Şuqnan rayonunun inzibati mərkəzi olan Porşinev şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş Azərbaycan-Tacikistan dostluq konserti ilə yerli əhalinin görüşünə gəlib.
   Vilayətin Şuqnan rayonunun rəhbəri Şodixon Camşedov Bakıdan gələn qonaqları salamlayaraq Azərbaycan və tacik xalqlarının çoxəsrlik dostluq münasibətlərindən danışıb. Ölkəmizin Tacikistandakı səfiri Abbasəli Həsənov çıxışında iki ölkənin mədəni əlaqələrindən söz açıb. Bildirib ki, təkcə bu il ərzində səfirliyin təşəbbüsü ilə Tacikistanın Xatlon, Soqd vilayətlərində, Kurqan-Tube, Düşənbə, Xucənd şəhərlərində konsertlər təşkil olunub.
   “Qarabağ” muğam qrupu barədə məlumat verən səfir qeyd edib ki, qrupun rəhbəri Mənsum İbrahimov artıq 20 ildir Azərbaycan səhnəsində “Leyli və Məcnun” operasında Məcnun rolunda oynayır və dünyada məşhur olan sənətkardır.
   “Qarabağ” muğam qrupunun təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar