Zaqatala rayonu Maqov kənd mədəniyyət evinin “Hudulki” xalq kollektivi Belarusun Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” beynəlxalq xalq yaradıcılığı festivalından qayıdıb. 
   Kollektivin festivaldakı çıxışı barədə təəssüratlarını bölüşən Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva bildirib ki, Bobruysk şəhərində artıq on birinci dəfə keçirilən “Dostluq çələngi” festivalına dünyanın 18 ölkəsindən folklor və rəqs kollektivləri qatılıb.
   “Hudulki” xalq kollektivi Bobruysk şəhərində 6 konsert verib. Festivalın açılış mərasimində iştirakçı ölkələrin hər biri öz milli mətbəxini, sənətkarlıq nümunələrini nümayiş etdirib. Azərbaycanın milli mətbəx və sənətkarlıq nümunələrinin nümayiş olunduğu sərgi xüsusilə böyük marağa səbəb olub.
   Açılış mərasimində qeyd olunub ki, 20-dən artıq millətin nümayəndəsi yaşayan Zaqatala əsrarəngiz təbiəti, iqlimi, qədim tarixi abidələri, geniş turizm potensialı ilə fərqlənir. 2013-cü ildə Zaqatala “Azərbaycanın folklor paytaxtı” seçilib.
   Festival çərçivəsində “Hudulki” mahnı və rəqs kollektivinin çıxışı böyük rəğbətlə qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar