Qazaxıstanın paytaxtı Astanada gənc istedadların “Şattık” beynəlxalq festivalı keçirilib.
   İyulun 5-8-də gerçəkləşən tədbir Astana şəhərinin paytaxt elan olunmasının 15 illik yubileyi və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin doğum günü münasibətilə təşkil edilən şənliklər çərçivəsində baş tutub.
   Musiqi bayramı Qazaxıstanın Mədəniyyət və Turizm Nazirliyi, Astana Şəhər Hakimiyyəti təşkilatçılığı ilə reallaşıb. Açılışda iştirak edən Prezident Nursultan Nazarbayev festivala qatılmış gənc istedadları salamlayıb, onlara uğurlar arzulayıb.
   Festivalda ölkəmizi Bakı şəhərindəki G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdi Emin Eminzadə təmsil edib. Gənc vokalçımız “Bessame Mucho”, “Cry me a River” və dünya şöhrətli müğənni və bəstəkar, mərhum Müslüm Maqomayevin “Azərbaycan” mahnılarını oxuyub. Onun ifası sürəkli alqışlarla qarşılanıb. Emin Eminzadə festivalın baş mükafatı olan kubok-diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Azərbaycanlı gənc ifaçı festivalın qala-konsertində də qalib kimi çıxış edib. Təmsilçimizin uğuru yerli telekanallar tərəfindən işıqlandırılıb.
   Qeyd edək ki, Emin Eminzadə 14 yaşında İtaliyada (2011), 15 yaşında İspaniyada (2012) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı olub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar