Tacikistanın Dağ Bədəxşan Muxtar Vilayətinin mərkəzi Xaroq şəhərində “Dünyanın damı” V beynəlxalq musiqi festivalı keçirilir. Festivalda Azərbaycan, Qazaxıstan, Çin Xalq Respublikası, Əfqanıstan, Pakistan, Qırğızıstan və digər ölkələrdən müğənni və rəqqaslar iştirak edirlər.
   Musiqi bayramında ölkəmizi “Qarabağ” muğam qrupu təmsil edir. Xalq artisti Mənsum İbrahimov və xanəndə Aytən Məhərrəmovanı əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Sultan Əliyev (nağara) müşayiət edir. Musiqiçilərimiz xalq mahnıları və muğamlarımızı təqdim edəcəklər.
   Festival proqramına ustad dərsləri, iştirakçı ölkələrin adət-ənənələri, musiqisi və mədəniyyəti haqqında sənədli filmlərin nümayişi də daxildir.
   Xatırladaq ki, bu ilin may ayında Xalq artisti Mənsum İbrahimov Düşənbədə Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnun rolunu məharətlə ifa edib. Aytən Məhərrəmova isə ötən ay “Aypara” qrupu ilə birgə Tacikistanın şəhərlərində konsert proqramları ilə çıxış edib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar