İyulun 11-12-də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gənc bəstəkarların kamera əsərlərindən ibarət plenum keçiriləcək. İyulun 11-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda plenumun ilk konserti baş tutacaq. Ertəsi gün gənc bəstəkarların əsərlərindən ibarət ikinci konsert proqramı təqdim olunacaq. Həmin gün Bəstəkarlar İttifaqının konfrans salonunda plenuma həsr edilən dəyirmi masa təşkil olunacaq.