Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri avqustun 11-də Avropanın nüfuzlu musiqi tədbirlərdən biri olan Qut-İmmlinq opera sənəti festivalında (Almaniya) çıxış edəcək. Orkestr Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu festivala altıncı dəfə qatılacaq.
Avqustun 7-dən 12-dək davam edəcək ənənəvi Qut-İmmlinq opera festivalına bu il 36 ölkədən vokal sənəti ulduzları, dirijor və rejissorlar dəvət olunub.
Azərbaycandan gedəcək heyət festivalın “Grand final” adlanan qala-konsertinə qatılacaq. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri səslənəcək.