“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı rəngarəng konsert proqramları ilə yadda qaldı
İyunun 28-dən Şəkidə davam edən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı musiqisevərlərə, şəhər sakinlərinə və qonaqlara yaddaqalan anlar bəxş etdi. Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Tacikistan, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası və ABŞ-dan musiqi kollektivləri, rəqs qrupları iştirak edib.
Gənc ifaçıların konserti
İyulun 2-də festival çərçivəsində Şəki Musiqi Kolleci tələbələrinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Kollecdə gerçəkləşən konsertdən əvvəl məlumat verilib ki, 1958-ci ildən fəaliyyət göstərən bu sənət ocağında indiyədək 5 minə yaxın orta ixtisas təhsilli musiqiçi hazırlanıb. Kollecdə fortepiano, orkestr alətləri, xalq çalğı alətləri, xanəndəlik, xor dirijorluğu və musiqi nəzəriyyəsi şöbələri fəaliyyət göstərir. Hazırda burada 403 tələbə musiqi təhsili alır. “İpək Yolu” musiqi festivalında fəal iştirakına görə kollecin kollektivi 2010-cu ildə təşkilatçılar tərəfindən diplomla mükafatlandırılıb.
Sonra kollecin xor, xalq çalğı alətləri orkestri və kamera ansamblı geniş konsert proqramı ilə çıxış edib. Tamaşaçılar orkestrin ifasında Müslüm Maqomayevin “Radio marşı”nı, xor və orkestrin ifasında Qara Qarayevin “Xoşbəxtlik mahnısı” kantatasını, İsmayıl Əliyevin “Bir əlində qanun, birində Quran” odasını, kamera ansamblının ifasında Üzeyir Hacıbəylinin “Aşıqsayağı” və “Arazbarı” əsərlərini dinləyiblər.
Konsertdə həmçinin ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş gənc ifaçıların II respublika müsabiqəsinin diplomantları, kollecin tələbələri Türkan Məmmədli, Xəyal Bəkirov, Leyla Əliheydərli, Nuranə Bəkirova və Allahverdi Abdurəhimovun ifasında klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Qardaş ellərdən musiqi töhfəsi
İyulun 2-də festival çərçivəsində Yay teatrında Türkiyənin Şəki ilə qardaşlaşmış Giresun və Konya şəhərlərinin rəqs ansamblları çıxış edib. Konsertdə hər iki şəhərdən gəlmiş geniş nümayəndə heyəti, musiqisevərlər, Şəki sakinləri, festivalın qonaqları iştirak ediblər.
Türkiyədə keçirilən “Yetenek sizsiniz” yarışmasında dördüncü yeri tutmuş Konya şəhəri “Kaşıks” rəqs qrupunun təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər tamaşaçıların böyük marağına səbəb olub. Giresun şəhər bələdiyyəsi konservatoriyası orkestrinin solistlərinin ifa etdikləri türk xalq musiqisi nümunələri, habelə Azərbaycan xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda çox fəal iştirak etdiklərinə görə qardaş Türkiyənin musiqi kollektivlərinin üzvlərinə təşkilatçılar adından minnətdarlığını bildirib.
Qardaş ölkədən gəlmiş nümayəndə heyətinin rəhbərliyinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
Şəki Xan Sarayında unudulmaz muğam axşamı
İyulun 3-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki Xan Sarayının həyətində Azərbaycanın tanınmış xanəndələri - Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın konserti olub. Konsertdən öncə xanəndə Alim Qasımov belə möhtəşəm sarayın önündə çıxış etməyin onlar üçün böyük şərəf olduğunu bildirib, tamaşaçılara xoş istirahət arzulayıb.
Geniş diapazona, qeyri-adi səs tembrinə malik olan xanəndələrin tarzən Zəki Vəliyev, kamança ifaçısı Rauf İslamov, balabançı Rəfael Əsgərov və nağaraçı Cavidan Nəbiyevin müşayiəti ilə özlərinə məxsus üslubda ifa etdikləri muğam və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Konsertdən sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək öz səsi ilə demək olar ki, bütün dünyanı fəth edən Alim Qasımovun qızı Fərqanə Qasımova ilə birlikdə təqdim etdiyi bu musiqi axşamının Xan sarayına çox yaraşdığını vurğulayıblar. Qeyd olunub ki, ötən il 250 illik yubileyinin böyük təntənələrlə qeyd olunduğu, Şərq memarlığının nadir incilərindən hesab olunan Şəki Xan Sarayının həyətində, yaşı beş yüzə çatan qoşa Xan çinarlarının altında keçirilən bu qeyri-adi konsert, şübhəsiz, “İpək Yolu” festivalının ən gözəl anlarından biri kimi hələ uzun illər yaddaşlarda qalacaq.
Sonda Şəki İcra Hakimiyyəti adından görkəmli xanəndəyə və qızına festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.