Kollektiv Gut-İmmlinq opera sənəti festivalında altıncı dəfə iştirak edəcək
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Avropanın nüfuzlu musiqi tədbirlərdən biri olan Qut-İmmlinq opera sənəti festivalının (Almaniya) baş direktoru Lüdviq Baumandan dəvət alıb. Teatrdan verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə teatrın simfonik orkestri bu festivalda altıncı dəfə iştirak edəcək. Festival avqustun 7-dən 12-dək keçiriləcək.
Azərbaycandan gedəcək 60 nəfərlik heyət avqustun 11-də festivalın “Grand final” adlanan qala-konsertinə qatılacaq. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun da əsərləri səslənəcək. Ənənəvi olaraq hər il yay aylarında keçirilən Qut-İmmlinq opera festivalında bu il ümumilikdə 36 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, dirijor və rejissorlar iştirak edəcək.