Rusiyanın Tver vilayətinin Vışniy Voloçek şəhərində SSRİ-nin və Azərbaycanın Xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin (1942-2008) xatirəsi əbədiləşdirilib. Xatirə lövhəsi şəhərdəki incəsənət məktəbində açılıb.
Açılış mərasimində bildirilib ki, Müslüm Maqomayevin uşaqlıq xatirələrində Vışniy Voloçeklə bağlı səhifə də var. Bəstəkarın anası Vışniy Voloçek şəhərindəki dram teatrında çıxış etmək üçün 1949-cu ildə buraya gəlib və Müslüm burada bir müddət fortepiano sinfində oxuyub. Sonra o, Bakıya qayıdaraq Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbində təhsil alıb. Bəstəkar bu barədə özünün “Melodiya-sevgim mənim” kitabında da məlumat verib.